Məktəbin "Kiçik Akademiya"sının üzvləri "Təbiəti qoruyanlar" adı altında “Yaşıl” layihə keçirdi

Şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə "Bakı Şəhəri Təhsil İdarəsi haqqında" Əsasnamənin 15.6 bəndini rəhbər tutaraq məktəbdə fəaliyyət planı hazırlandı. Fəaliyyət planına uyğun olaraq "Təbiəti qoruyanlar" adı altında məktəbin "Kiçik Akademiya"sının üzvləri “Yaşıl” layihə keçirildi. Məktəbin həyətinin yaşıllaşdırılması məqsədilə şagirdlər, valideynlər və məktəbin müəllim kollektivi kiçik ölçülü oranjeryanın yaradılması istiqamətində işlər gördülər, dibçək güllər əkdilər. Əkilən güllərə və bitkilərə şagirdlər tərəfindən qulluq edilməsi qaydaları öyrədildi, "Məktəbli bostanı" yaradıldı, məktəb ağaclarına qonan quşlar üçün yuvalar düzəldilib ağaclardan asıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi