Məktəbimizin “Kiçik Akademiya”sının üzvləri ekoloji biliklərini və tədqiqatçılıq bacarıqlarını artırır

Şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə "Bakı Şəhəri Təhsil İdarəsi haqqında" Əsasnamənin 15.6 bəndini rəhbər tutaraq məktəbdə fəaliyyət planı hazırlandı. Məktəbin fəaliyyət planına uyğun olaraq açıq havada 22 aprel - "Beynəlxalq Yer Günü"nə həsr olunan "Yerin kosmik adresi" mövzusunda məktəbin 6c sinfində maarifləndirici dərs keçirildi. Coğrafiya müəllimi Aygün Ağayeva şagirdlərə Günəş sisteminin bütün planetləri haqqında məlumat verdi. Xüsusi diqqət Yer planetinə ayrıldı. Dərsin açıq havada keçirilməyinin əsas məqsədi Yerin mövcud olan ekoloji problemlərinə diqqət çəkmək və həmin problemlərin həll edilməsi üçün hər birimizin borcu olan təbiətimizi qorumaq idi. Buna misal olaraq məktəbyanı sahədə aparılan yaşıllaşdırma, bərpa işləri canlı olaraq göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi