Məktəbimizin “Kiçik Akademiya”sının üzvləri "Öyrədərək öyrənək" layihəsinə start verdilər

Müasir təhsilin idarəolunması şagirdlərə və təlim prosesinə fərqli yanaşma,öyrənməyin müxtəlif üsullarını tətbiq etməyi tələb edir. Bu günün tələblərinə cavab verən dərs modellərinin qurulması, dünyanın aparıcı təcrübələrindən istifadə etməklə öyrənməni daha asan və əlçatan etmək təhsilin əsas məqsədinə çevrilməlidir Öyrənmə texnikaları içində ən səmərəli üsullardan hesab olunan Feynman texnikası öyrədərək öyrənməkdən ibarətdir. Şagirdlərimiz üzərində bu texnikanı reallaşdırmaq, onlarda müvafiq öyrənmə tərzinə maraq yaratmaq məqsədilə məktəbimizin “Kiçik Akademiya”sının üzvləri "Öyrədərək öyrənək" layihəsinə start verdilər. Layihəyə görə şagirdlər həm öz yaşıdlarına həm də özündən aşağı yaş qrupuna aid şagirdlərə müxtəlif mövzular əsasında dərslər keçirlər. Dərslər dərnək və dərsdənkənar məşğələlər hesabına təşkil olunur. Müvafiq mövzunu dolğun mənimsədiyinə əmin olan şagird öz biliklərini öyrətməklə iki missiyanı yerinə yetirir. Həm bu mövzunu yoldaşlarının da öyrənməsini təmin edir, həm də həmin mövzu üzrə öz bilik və bacarıqlarını refleksiya edir. Beləliklə biz təhsildə yeni çağırışlara qoşularaq, yeni ideyalar yaradırıq. Bu fəaliyyətin səmərəli olacağına çox inanırıq. Necə deyərlər "Öyrətmək iddiası olanın, öyrənmək əzmi gərək" Bu gün öyrənmək əzmi,öyrənmək iştahı və öyrənmək sevdası yaratmaq öyrətməkdən öndə durur. Öyrətmək üçün isə öncə öyrənməliyik. Öyrənək ki, öyrədə bilək. Nəhayət öyrədək ki, necə öyrəndiyimizi dəyərləndirə bilək. Öyrətmək həm də öyrəndiklərimizdən əmin olmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi