"20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir" mövzusunda seminar

Məktəbin "Kiçik Akademiya"sının üzvləri, akt zalında 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş "20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir" mövzusunda seminarda iştirak etdilər . Seminarda çıxış edən şagirdlər xalqımızın misilsiz qəhrəmanlığından, sovet ordusunun öz azadlığı uğrunda mübarizəyə qalxan silahsız insanlara qarşı törətdiyi hərbi cinayətdən danışdılar. Məktəbimizin direktoru Könül Hüseynova bu faciə haqqında şagirdlərimizə geniş məlumat verdi və Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsininin təkcə ildönümlərində yox, hər zaman xatırlanmasını tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi