"Kiçik Akademiya"nın illik hesabatı

Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə yaradılmış “ Kiçik Akademiya”nın 26 may 2021-ci il hesabatına dair onlayn tədbir keçirilmişdir. Məktəbdə yaradılmış “Kiçik akademiya”nın məqsədi məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönlü şəkildə inkişaf etdirmək, yüksək intelektə malik yeni nəsil formalaşdırmaqdır. Məktəbdə “Kiçik Akademiya”nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünü idarə prinsipləri əsasında qurulmuşdur. “Kiçik Akademiya”nın prezidenti məktəbin riyaziyyat müəllimi Əliyeva Elnarə, vitse-prezidenti informatika müəllimi Əliyeva Esmira, katib coğrafiya müəllimi Mirzənmədova Aynurdu. "Kiçik Akademiya" 5 kafedra üzrə fəaliyyət göstərdi. Humanitar, texniki, təbiət, fizika-riyaziyyat, sosial-iqtisadi fənlərin kafedraları videoçarx, videotəqdimat, referat, divar qəzetləri, mühazirə hazırlamışdılar. Görülən işlər sırasında “Prezident İlham Əliyevin daxili və xarici siyasəti”, “Milli-mənəvi dəyərlərimizi qoruyaq”, “Yoluxucu xəstəliklər”, “Palçıq vulkanları”, Nizami Gəncəvinin "Xəmsə" poemasının tətqiqat işi, ”Sağlamlığın şərtləri”, "Qravitasiya qarşılıqlı təsiri”,”Alternativ Ağıllı kənd”, "Ətraf mühitin çirklənməsi”, "Təbiət inciləri”, “Qarabağ dünən, bugün, sabah”,"Qarabağın tarixi şəxsiyyətləri", 28May Respublika gününə həsr olunmuş təqdimat, bilik yarışmalarının təşkili, “Kim? Harada? Necə?” intelektual oyun var idi. Tədbirdə çıxış edən məktəbin direktor əvəzi Vəfa Qafurzadə qeyd etdi ki, “Kiçik Akademiya”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı şagirdlərimizlə aparılan işlərin tənzimlənməsi, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsi daim təmin edilməlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi