Qarabağ musiqisi-qəlbin musiqisidir!

Məktəbin 5-9 cu sinif şagirdləri "Qarabağ musiqi beşiyidir", "Qarabağ musiqisi-qəlbin musiqisidir" adlı videotəqdimatlar, videoçarxlar hazırladılar. Musiqi müəllimi Elmira Baxşıyevanin təşkilatçılığı ilə keçirilən təqdimatdlarda musiqinin beşiyi Qarabağ torpağından Natəvanın, Vaqifin, Zakirin, Üzeyir Hacıbəylinin, Bülbülün, Xan Şuşinskinin Vətəni olan Şuşanın azad olması barədə danışdılar. 8 May - bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992- çi ilin məhz bu günü işğal olunmuşdur. Şuşa 28 il məhbusluq həyatı yaşadı. Lakin, Azərbaycan xalqı ümidini heç zaman itirmədi, bu əsarətə dözdü, tab gətirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dircəldəcəyik!" ifadələri Azərbaycan xalqının bütün acılarını dindirdi. Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi