Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfrans

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, Ümummilli lider Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Bu baxımdan məktəbimizin kollektivi və şagirdləri Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransda iştirak etdilər. Konfransda tarix müəllimi Sevda Bağırova və 9 - 11-ci sinif şagirdləri Heydər Əliyevin zəngin siyasi irsindən, həyat və yaradıcılığından danışdılar. Konfransda Ulu Öndərin öz səsi ilə şeirlər və mahnılar səsləndirildi, videotəqdimatlar, videoçarxlar nümayiş olundu. Məktəbin musiqi müəllimi Elmira Baxşıyevanin təşkilatçılığı ilə 4a sinif sagirdi Qəhrəmanlı Məhəmməd Ulu Öndər mahnısını tədbir iştirakçılarına virtual aləmdə canlı oxudu, qiraətci şagirdlər seir söylədilər, rəqs etdilər, mahnı oxudular. Azərbaycan dili və Ədəbiyyati müəllimi Dinarə Cəlilovanin yazdığı "Bir oğul tanıyıram" adlı şeirini 9a sinif şagirdi Vahabova Səbirə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Məktəbimizin direktor əvəzi Vəfa xanım Qafurzadə çıxış edərək Ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan danışdı və onun bütün dövrlərdə yürütdüyü uzaqgörən siyasəti nəticəsində ölkəmizin nüfuzunun artırılmasından danışdı. Bildirdi ki, Ümummilli liderin siyasi xəttinin davamçısı olaraq Prezident İlham Əliyevin sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi