" Nizami dünyası"adlı intellektual bilik yarışı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.04.2021- ci il tarixli, F-100 nömrəli əmrinin icrası məqsədi ilə məktəbdə lX-X siniflər arasında keçiriləcək “Nizami dünyası” adlı intellektual müsabiqənin məktəb turu keçirildi. Məqsəd dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə şagirdləri məlumatlandırmaq, sağlam rəqabət hissinin formalaşdırılması, milli-mənəvi dəyərlərimizi təbliğ olunmasıdır. Məktəbdaxili yarışmada iştirak edən 9-10 sinif şagirdləri Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun qəzəlləri, müdrik kəlamları haqqında sualları cavablandırdılar. Sonda yüksək nəticə göstərən 11a sinif şagirdi Bəsirzadə Nihad Sübhan oğlu növbəti mərhələyə yüksəldi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi