2018-2019 cu tədris ilində " Kiçik Akademiya"nın fənlər üzrə təqdimatı

2018-2019-cu tədris ilində başlayaraq məktəbdə “Kişik Akademiya”nın fəaliyyətinin genişləndirilməsi istiqamətində Fəaliyyət Planı hazırlanaraq təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq məktəbdə “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsi barədə məktəbdaxili əmr verilmişdir. “Kiçik Akademiya”nın iştirakçıları seminarlar keçirmişdilər, şagirdlərin mövzuları üzrə hazırladıqları referatları və təqdimatları nümayiş etmişdilər. Daha sonra gənc rəssamların rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur. Şagirdlər inşa müsabiqələrində iştirak etmişdilər, videotəqdimat və videoçarxlar hazırlamışdlar. “İstedadlarımızı tanıyaq” adlı layihəsinin keçirilməsi və hər bir uşaqda mövcud olan istedad üzə çıxarılmışdr. Şagirdlərin xarici dil bacarıqların üzə çıxartmaq üçün ingilis dilində inşa və şeir müsabiqəsi keçirilmişdir, videotəqdimatlar hazırlanmşdır.Şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırlması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin ( bədii əsərlərin təhlili əsasında müstəqil rəy və mülahizələri əhatə edən referatların hazırlanması, fiziki, kimyəvi, bioloji hadisələr üzrə təcrübələrin aparılması və nəticələrin ümumiləşdirilməsi, bölgənin təbiətinin, tarixi-mədəni abidələrinin öyrənilməsi və dəyərləndirilməsi və s.) həyata keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi