Məktəbimizdə "Kiçik Akademiya"nın yaradılması haqqında

E.Yəhyayev adına 56 saylı tam orta məktəbdə “Kiçik Akademiya” 2017-ci ildən fəaliyyət göstərir. "Kiçik akademiya"da şagirdlərin fənn müəllimləri ilə görüşləri təşkil edilir. Məqsəd 5-11-ci sinif şagirdləri arasında yaradıcı şagirdlərimizin fəaliyyətlərini, onların elmi və yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaqdır. Fənn müəllimlərin rəhbərliyi ilə şagirdlər müəyyən edilmiş istiqamətlərdə elmi dünyagörüşünün formalaşması üçün tədqiqat işləri aparırlar, müxtəlif layihələrdə iştirak edirlər, referat, mühazirələr hazırlamaq bacarıqlarını inkişaf etdirirlər. "Kiçik Akademiya" üzvləri ilə tez- tez “Dəyirmi masa”lar keçirilir, onların araşdırmalarna istiqamət verilir. Şagirdlərin həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparılmasına şərait yaradılir. Şagirdlərlə daim ünsiyyətdə olunur , onları düşündürən məsələlərlə bağlı söhbət aparılır. Məktəbdə humanitar, təbiət, fizika-riyaziyyat, sosial- iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr kafedralarda ayrılıb. Məktəbin riyaziyyat müəllimi Əliyeva Elnarənin təşkilatçılığı ilə “Kiçik Akademiya”nın tərkibi yaranmışdır. Prezident: 1.Qaraxanov Riad Elbrus oğlu 11a, 2.Vitse prezident: Bəsirzadə Nihad Sübhan oğlu 11a, 3.Kərimova Nəzrin Mahir qızı 11a, 4. Əliyeva Fidan Şamxal qızı 10a, 5. Vahabova Səbirə Fariz qızı9a, 6. Niknəzər moqəddəm Məhəmmədhəsən Əhməd oğlu 8a
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi