Sinif təşkilat saatı Ulu Öndər Heydər Əliyevə həsr olunub

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 4"B" sinfində sinif təşkilat saatı keçirilib. Sinif rəhbəri Fərqanə Mirzəyeva şagirdlərə Ulu Öndərin həyat və yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı olub. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Sonda şagirdlərin ifasında Ulu Öndər Heydər Əliyev haqqında şeir nümunələri dinlənilib və videoçarx izlənilib.