Bilik Günü

15 sentyabr – 2025–2026-cı tədris ilinin ilk günü münasibətilə məktəbdə “Bilik günü” tədbiri keçirildi. Uzun yay fasiləsindən sonra məktəb öz qapılarını yenidən şagird, müəllim və valideynlərin üzünə açdı. Bu əlamətdar gün münasibətilə bütün təhsil işçilərini, şagirdləri və valideynləri səmimi-qəlbdən təbrik edir, yeni dərs ilində hər birinizə uğurlar arzulayırıq. Qeyd edək ki, yeni tədris ilinin ilk dərsi “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olundu.