“Şuşa ili” intellektual yarış müsabiqəsiNəsimi rayon Kiçik akademiya üzvləri arasında “Şuşa ili” ilə əlaqədar təşkil olunmuş intellektual bilik yarışında məktəbimizin KA üzvləri “Pənahabad” komandası altında iştirak etmişlər.Komandamız ilkin mərhələ üzrə uğurla iştirak etmişdir.
“Ruhumun ünvanı Şuşa” rəsm müsabiqəsiKiçik Akademiyanın İncəsənət bölməsi üzvlərinin arasında “Ruhumun ünvanı Şuşa” adlı respublika rəsm müsabiqəsinə seçim mərhələsi baş tutmuşdur. KA üzvləri təyin olunan mövzu üzrə müxtəlif rəsm nümunələri ilə müsabiqədə iştirak etmişlər. Seçim nəticəsində Talıblı Fatimə yekun mərhələdə iştirak hüququ qazanmışdır
STEAM “Makerthon”Kiçik Akademiya “Mühəndislik” bölməsinin üzvü Məmmədli Orxan STEAM Azərbaycan layihəsinin təşkil etdiyi 2ci “Makerthon” yarışmasında məharətlə çıxış etmişdir.
21fevral Beynəlxalq Ana dili günüKiçik Akademiya fəaliyyətinin genişləndirilməsi,üzvlərimizin KA üzrə tədqiqat işlərinin mütəxəssis alimlər tərəfindən dəyərləndirilməsini təmin etmək məqsədilə AMEA- nın Nizami Gəncəvi adına Uşaq Ədəbiyyatı İnstitutu ilə əməkdaşlığı çərçivəsində Beynəlxalq Ana dili günü qeyd olunmuşdur. KA- nın “Humanitar’’ bölmə üzvləri müxtəlif səhnəciklər, şer nümunələri, çıxışlarla tədbir iştirakçıları qarşısında çıxış etdilər. KA üzvlərinin fəaliyyəti barədə məktəbimizin direktoru Abbasova Sahibə, AMEA- nın vitse prezidenti Həbibbəyli İsa və elmi işçilər öz rəylərini və tövsiyyələrini verdilər.
‘’Sabahın alimləri’’XI Respublika MüsabiqəsiKiçik Akademiya üzrə Mühəndislik bölməsinin üzvü- 11’’B’’ sinif şagirdimiz Hüseynov Fərid ‘’DemeterZ’’ layihəsi ilə ‘’Sabahın alimləri’’ XI Respublika müsabiqəsində çıxış etmişdir. Layihədə xüsusi yaradılmış şəraitdə bitkilərin yetişdirilməsinin sürətləndirilməsi üzərində araşdırma aparılmış və yenilik tətbiq olunmuşdur. Çıxış zamanı KA üzvümüz layihəsini təqdimat, sxem, diaqramlar vasitəsilə təqdim etmiş və ekspertlərin suallarını cavablandırmışdır.
First Lego League Azərbaycan 2021Kiçik Akademiyanın Mühəndislik bölməsinin üzvləri Kərimli Uğur, Əkrəm Cəfər, Talıblı Ayla, Hüseynov Fərid StormZ komandası tərkibində FLL 2021 müsabiqəsində Həsənova Aytən m və Səfərova Aygün m.nin rəhbərliyi ilə iştirak etmişlər.Turnirin sonunda komandamız diplom və medallara layiq görülmüşlər.
KA üzvlərinin SAF-2021də iştirakıKiçik Akademiyanın Mühəndislik bölməsinin üzvləri 9-10 dekabrda Bakı Expo Mərkəzində təşkil edilmiş STEAM Azərbaycan Festivalında uğurla iştirak etmişlər.Bölmə üzvlərimiz iki komanda şəklində EduDrone kateqoriyası üzrə festivalda çıxış etmişlər. Şahinlər-54 komandası:Rəhbər- Nadirov Turab,komanda üzvləri- Musayev Kənan, Saqiyev Məhəmməd.SkySpecs komandası:Rəhbər- Binnətova Gülgəz,komanda üzvləri- Ağababayev Ağa,Əliyeva Firuzə. Ağababayev Ağa həvəsləndirici oyunda 2-ci yerə layiq görülmüşdür.
KA üzvlərinin XXI Ulusal Çocuk Formunda iştirakıKiçik Akademiyanın Humanitar bölmə üzvləri 18noyabr tarixində birbaşa Ankara ilə canlı yayım ilə təşkil edilmiş XXI Ulusal Çocuk Formunda iştirak etmişlər.Pozulmuş Uşaq Hüquqlarının bərpası mövzusunda təşkil edilmiş forumda şagirdlərimiz yüksək fəallıqla iştirak etmişlər.
Kiçik Akademiya bölmələri üzrə iclasların təşkili25.10.2021-cil tarixində KA bölmələri üzrə şagirdlərin tədqiqatçılıq mövzusunun təyini və müzakirəsi ayrı-ayrı iclaslar, dəyirmi masalar şəklində təşkil edilmişdir.
2021-2022 - ci tədris ili KA üzrə tərtibat işlərinin görülməsi11.10.2021-ci il tarixində məktəb üzrə ilk KA iclası keçirilmişdir. KA üzrə 5 bölmənin fəaliyyəti təsdiqlənmişdir : Humanitar, Təbiət, Texniki, Mühəndislik, İncəsənət. Bölmələr üzrə şagirdlər məlumatlandırılmış və tərkib təyin edilmişdir.
“KİÇİK AKADEMİYA” -NIN FƏALİYYƏTİA. Şaiq adına 54 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" 18.02.2019 tarixindən fəaliyyət göstərir. Akademiyanın prezidenti olaraq Təranə Seyidova, vitse prezidentlər Binnətova Gülgəz və Səfərova Aygün , bölmə rəhbərləri – Azərbaycan dili - Ş.Afaq; Tarix – A. Kəmalə; Coğrafiya – M. Gülgəz; Riyaziyyat - N.Turab; Fizika – Ç.Gülnarə; Kimya – B.Gülgəz; Biologiya - -S.Aygün seçilib. “K.A”-nın 3 -humanitar, texniki, təbiət bölmələri fəaliyyət göstərir. Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən şagirdlər iştirak edirlər. Şagirdlər fənn müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və təqdimatlar hazırlayırlar. Şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq istiqamətində işlər aparılır.
“KİÇİK AKADEMİYA” HAQQINDA ƏSASNAMƏ I. ÜMUMİ MÜDDƏALAR1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.
Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb 1976-cı ildən fəaliyyət göstərir. Məktəb əvvəlcə 1 korpusdan ibarət olmuş, ...
Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb 1976-cı ildən fəaliyyət göstərir. Məktəb əvvəlcə 1 korpusdan ibarət olmuş, ...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi