Pedaqoji Şura İclası

2025–2026-cı tədris ilinin başlaması ilə əlaqədar olaraq Pedaqoji Şura iclası keçirildi.
İclasda qarşıdakı tədris ili üçün əsas fəaliyyət istiqamətləri müzakirə edildi. Direktorun təsərrüfat işləri üzrə müavini, direktor əvəzi Coşqun Alıyev çıxış edərək yeni tədris ili ilə bağlı bütün kollektivə uğurlar arzuladı.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Seyidova yeni tədris ilində qarşıda duran məsələlər, məktəblərdə elektron jurnala keçid və tətbiq olunması, yay tədris tapşırığı alan şagirdlərin müvəffəqiyyətlə yuxarı sinifə keçirilməsi haqqında, I-XI sinif şagird qəbulu və siniflərin komplektləşdirilməsi, XI sinif ali məktəblərə qəbul imtahanlarının nəticələri, dərs yükünün bölüşdürülməsi, siniflərdə dərsliklərin təmin olunması və təlim prosesinin düzgün təşkili ilə bağlı məqamları ön plana çəkdi.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Məmmədova II–XI siniflərində yeni tədris ilinin ilk dərsi “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunması, IV, VI, IX siniflərin monitorinq nəticələri, məktəbəqədər və günü uzadılmış qrup haqqında məlumatlar, müəllimlərin peşəkarlığının artırılması, şagirdlərin davamiyyətinə ciddi nəzarət, dərs keyfiyyətinin yüksəldilməsi və valideynlərlə əməkdaşlığın möhkəmləndirilməsi kimi prioritet məsələləri diqqətə çatdırdı.
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı müavin Gülər Cəfərova isə tərbiyə işinin əsas istiqamətləri, şagirdlərdə intizamın gücləndirilməsi və valideynlərlə birgə həyata keçiriləcək tədbirlərə toxundu.
Müzakirələrin sonunda Pedaqoji Şuranın fəaliyyət planı və 2025-2026 tədris ili üzrə illik fəaliyyət planını təsdiqləndi. Pedaqoji kollektiv məktəbin fəaliyyət planını əsas tutaraq qarşıya qoyulan hədəflərə nail olmaq üçün məsuliyyətli olmağa çağırıldı.