Nəsimi rayonunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş

Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Rayon Ağsaqqallar Şurasının birgə təşəbbüsü ilə ali məktəblərə qəbul imtahanlarında fərqlənən məzunlarla görüş keçirilib.
Məktəbimizin məzunu Gülay Mürvətova buraxılış imtahanında ən yüksək nəticə – 300 bal, ümumi 692.5 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub. Onun bu nailiyyəti məktəbimizi Nəsimi rayonu üzrə birinci pilləyə yüksəldib.
Digər uğurlu məzunlarımızdan İsmayılzadə Aminə isə 651 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olmaqla böyük nailiyyət qazanıb.
Tədbirdə çıxış edən məzunlar, həmçinin valideynlər dövlət rəhbərliyinə – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsilin inkişafına göstərilən daimi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.