DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş
Məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis leytenantı Həzrət Sevdimov və Nəsimi rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Yeganə Zeynalovanın iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilmişdir.