Valideyn iclasları
Yanvarın 30-da məktəbin I-XI siniflərində valideyn iclası keçirilib.
İclasda məktəbin məktəb rəhbərliyi,
təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar və UBTR iştirak edib.
İclasların keçirilməsində əsas məqsəd valideynləri şagirdlərin I yarımildə əldə etdikləri nəticələrlə, təlim-tərbiyə prosesindəki uğurlarla, ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış etmək, valideynlərlə birgə uşaqların təhsili və tərbiyəsinə aid problemlərin həlli yollarını axtarıb tapmaqdan ibarət olub.
Təlim tərbiyə işləri üzrə direktor müavinləri valideynlərə şagirdlərin təlim nəticələri, Cerebry, Bilbacar layihələrinin məqsədi və əhəmiyyəti haqqında məlumat verib.
Psixoloqlar ailə-məktəb münasibətlərinin düzgün qurulmasının şəxsiyyətin formalaşmasında rolu, eyni zamanda məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması üçün məktəblə daha sıx əlaqə qurmağın əhəmiyyəti, şagirdlərlə aparılan sorğular və onların nəticələri haqqında danışıblar.
Valideyn iclasları davam edir.