“44 GÜN, 44 AN”
Oktyabrın 3-də Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad olunmasının ildönümü ilə əlaqədar olaraq Yasamal rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Vətən müharibəsinə həsr olunmuş “44 GÜN, 44 AN” sənədli filmi nümayiş olunub.
Tədbirdə məktəbin UBTR-i və 9q sinif şagirdləri iştirak edib.
Öncə şagirdlərə Mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən eksponatlar haqqında ətraflı məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonda məktəblilər “44 GÜN, 44 AN” sənədli filmini izlədilər.