Şahin hərbi idman oyunu-l YER

Aprelin 5-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Yasamal rayonu üzrə “Şahin” hərbi-idman oyunları yarışı keçirilib.

Tədbirdə Yasamal rayonu icra başçısının müavini Təravət Muradova, Yasamal rayonu Gənclər və idman sektorunun müdiri İlham Səfərov Müdafiə və Fövqəladə hallar nazirliyinin əməkdaşları iştirak edib. Bundan başqa yarışa Yasamal rayonu üzrə ümumtəhsil məktəblərinin X sinif şagirdləri qatılıb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər birincilikdə iştirak edən komandalara uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.

Rəsmi mərasimdən sonra məktəblilər hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçib.

İştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra edib.

Yekun nəticələrə əsasən məktəbin komandası l YERƏ layiq görülərək Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi