Qalib şagirdMəktəbin II “ A” sinfi şagirdi Osmanlı Kamal 26 Fevral - Xocalı Soyqırımı Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında Sərbəst Güləş üzrə keçirilən yarışda 23 kq çəki dərəcəsində I yeri qazanmışdır. Kamalı təbrik edir, ona yeni nailiyyətlər arzu edirik!
Hüseynəliyev qardaşlarının növbəti qalibiyyətiMəktəbin I “D “sinif şagirdləri Hüseynəliyev İsa və Hüseynəliyev Musa qardaşları Judo üzrə “Əhmədli”- İdman Klubunun açıq birinciliyində 20 kq çəki dərəcəsində iştirak edərək I yer qazandılar. Bu münasibətlə federasiya tərəfindən medal və diplomla təltif olundular.
Balacaların uğurlarıMəktəbin III “Ç” sinif şagirdlərindən ibarət komandası “Yeddi şüşə” televiziya proqramında iştirak edrək I yer qazanmışlar. Bu münasibətlə komanda üzvləri İctimai Televiziya şirkətinin rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə təltif olundular. Təbrik edirik.