Şagird nailiyyətiMəktəbin şagirdi Bayramova Rəbiyyə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qaradağ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən “Nizami ili”nə həsr olunmuş “Mən Nizami irsini öyrənirəm” adlı bilik olimpiadasında I yer tutduğuna görə diplomla təltif edilmişdir. R.Bayramovanı təbrik edir,ona növbəti naliyyətlər arzulayırıq.
Azərbaycan-şərq nağılıII sinif şagirdi balaca rəssam Büşra Şıxcanova 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qazaxıstan Respublikası Nur-Sultan şəhərinin uşaq yaradıcılıq məktəbinin birgə keçirdiyi “Azerbaijan-east fairytale” (Azərbaycan-şərq nağılı) adlı online rəsm müsabiqəsində III yerə layiq görülmüşdü.
Qızıl hərflərlə yazılan tarixII sinif şagirdi balaca rəssam Büşra Şıxcanova 2020-ci ildə “Qızıl hərflərlə yazılan tarix” adlı respublika online rəsm müsabiqəsində sertifikatla təltif edilmişdi.