Üzeyir Hacıbəyovun 140 illik yubileyi

18 sentyabr – Üzeyir Hacıbəyovun 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Şagirdlərimiz musiqi fənn müəllimi Təranə Sadıqovanın rəhbərliyi ilə dahi bəstəkarın yaradıcılığından seçilmiş nümunələri ifa etdilər. Daha sonra şagirdlər Azərbaycan musiqisinin korifeylərindən olan Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumatları dinləyərək müzakirələr apardılar.