Bilik Günü qeyd olundu

Məktəbdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən 2025–2026-cı tədris ilinin başlanmasına həsr olunmuş Bilik günü tədbiri keçirildi.
Tədbirdə məktəbin pedaqoji kollektivi, şəhid ailələrinin üzvləri, şagirdlər və valideynlər iştirak etdilər. Tədbiri məktəbin direktoru Tərlan Bayramova açıq elan edərək şagirdləri "Bilik Günü" münasibəti ilə təbrik etdi, onlara yeni tədris ilində uğurlar arzuladı.
Tədbirin xüsusi qonaqları olan şəhid valideynləri birincilərə öz xeyir-dualarını verərək onlara vətənpərvərlik, dövlətə sədaqət və milli dəyərlərə hörmət mövzusunda tövsiyələr verdilər.