Milli Müdafiə Universitetinin əməkdaşları ilə görüş təşkil olundu

    Mayın 2-də məktəbin akt zalında Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi institut, hərbi kolleclər və hərbi liseylərin tanıdılması, həmin müəssisələrə qəbulun təşviqi məqsədilə təbliğat tədbiri təşkil olunub. Görüşdə məktəbin 9-11-ci sinif şagirdləri iştirak ediblər.

Milli Müdafiə Universitetinin əməkdaşları tərəfindən şagirdlərə Milli Müdafiə Universitetinin strukturları, xüsusi təyinatlı təhsil müəssisələrinə elektron sənəd qəbulunun şərtləri, fakültələr, kursantlar üçün birdəfəlik, aylıq ödəmələr, imtiyazlar və digər vacib məsələlər barədə ətraflı məlumatlar verilib, videoçarx izlənilib, suallar cavablandırılıb.

Görüşün əsas məqsədi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin hərbi təhsilə marağının artırılması, eləcə də gələcək hərbi kadr ehtiyatının formalaşdırılması istiqamətində maarifləndirici işlərin aparılması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi