V-VI siniflərdə söhbət-disput təşkil edildi

Məktəbdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində tədbirlər davam etdirilir. Məktəbin psixoloqu Nəzakət Babayeva "Dəyərlərimizi qoruyaq!" "Ailəm və məktəbim" layihələrinin icrası ilə bağlı Tədbirlər Planına əsasən 5-6-cı siniflərdə söhbət-disput təşkil etdi. "Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu"mövzusunda aparılan söhbətin məqsədi şagirdlərə sağlam ailə əlaqələrinin və dəyərlərinin əhəmiyyətinin öyrədilməsidir. Söhbət şagidlərlə qarşılıqlı müzakirələr əsasında aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.