Məktəb kitabxanasında Beynəlxalq Kitab və Müəllif Hüququ Günü qeyd edildi

Məktəb kitabxanasında V “D”sinif şagirdi Əhmədli Dəryanın, kitabxana müdiri Hafizə Abdullayevanın təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş “Çömçəquyruğun macəraları” nağıl kitabının təqdimatı keçirildi. Qeyd edək ki, bu kitab Əhmədli Dəryanın ədəbi yaradıcılıq sahəsində ilk uğurlu addımıdır. Kitabxana müdiri Hafizə Abdullayeva çıxış edərək hər bir yaradıcı insanın öz əsərinə müəllif hüququ olduğunu vurğuladı. Təqdimatda iştirak edən məktəb rəhbərliyi və fənn müəllimləri Əhmədli Dəryanı təbrik edərək ona yaradıcılığında uğurlar arzu etdilər. Təqdimatın sonunda Əhmədli Dərya məktəb kitabxanasının fəal oxucularına və məktəb rəhbərliyinə öz imzası ilə nağıllar kitabını hədiyyə etdi.