Dünyanın rəngləri mövzusunda rəsm müsabiqəsi

22.04.2025 -ci il tarixdə məktəb kitabxanasında Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş “Dünyanın rəngləri” mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu. Müsabiqəyə 10-14 yaş kateqoriyasında əsərlər təqdim edilmişdi. Kitabxana müdiri Hafizə Abdullayeva çıxışında müsabiqəyə təqdim edilən rəsmlər təkcə münsiflər heyətinin deyil, həm də məktəbin sosial səhifələri üzərindən geniş ictimaiyyət tərəfindən qiymətləndirilməsinin fərqli və maraqlı yenilik olduğunu qeyd etdi. Tədbirin sonunda Uşaq Birliyi Təşkilatı Rəhbərliyi Tofiqə Məcidova müsabiqənin qaliblərini elan etdi. Qaliblərə hədiyyələr və diplomlar təqdim olundu.