Məktəbdə 7 Oktyabr-Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa təşkil olundu

   Məktəbin direktoru Tərlan Bayramova çıxış edərək əmək şəraiti, işçilər arasında bərabərlik, rəhbərlik və işçi arasında dialoq, eləcə də sosial müdafiədən istifadəyə qədər bütün aspektlərdən məlumat verdi. Həmkarlar İttifaqının sədri Kərimova Aidə çıxış edərək layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu aspektdə görülən işlər, Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti haqqında məlumat verib, həmçinin bu istiqamətdə qarşıda duran vəzifələri qeyd etdi.

Bu günün keçirilməsi 2008-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiası tərəfindən elan edilmiş. Layiqli əmək anlayışının təyin edilməsinə 4 sfera daxildir: məşğulluq, hüquq, müdafiə və dialoq. Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadın və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsini nəzərdə tutur. Tədbirdə çıxış edən iştirakçıların sualları cavablandırıldı, müxtəlif fikirlər irəli sürüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi