Məktəb şagirdləri Bakı Ekspo Mərkəzdə Beynəlxalq Kitab Sərgisi ilə tanış oldular

2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunmuşdur.Məktəbin təşkilatçısı S.Alışova və ədəbiyyat fənn müəllimi N.Mirzəyevanın təşəbbüsü ilə VI “A” sinif şagirdlərinin sərgiyə ekskursiyası təşkil olundu.Məqsəd şagirdlərin dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Ekskursiya zamanı 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda təşkil olunmuş sərgidə məktəb şagirdləri müxtəlif nümunələrlə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi