Məktəbdə Bilik Günü tədbiri keçirildi

  Məktəbdə 2024-2025-ci tədris ilinə həsr olunmuş "Bilik Günü" tədbiri keçirildi.  Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəbin direktoru Tərlan xanım Bayramova çıxış edərək tədbir iştirakçılarını təbrik etdi, məktəbin 2023-2024-cü tədris ilində qazandığı nailiyyətləri haqqında məlumat verdi. Daha sonra məktəbin şəhid məzunları mayor İlkin Əhədzadənin anası Asəmən xanım Əhədova və şəhid Murad Qurbanovun anası Mehriban xanım Əmrahova öz çıxışları ilə məktəb kollektivini təbrik etdilər. Sonda II Vətən müharibəsi şəhidi Şakir Cəmillinin və məktəbin məzunu müharibə veteranı Kamran Səmədovun övladlarının iştirakı ilə ilk zəng səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi