2023/2024-cü tədris ilinin “Son zəng” tədbiri keçirildi

    Məktəbdə 2023/2024-cü tədris ilinin “Son zəng” tədbiri keçirildi. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Seymur Həsənov , şəhid valideyinləri və məktəb kollektivi iştirak etdilər. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra məktəbin direktoru Tərlan xanım Bayramova, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Seymur Həsənov, şəhid Murad Qurbanovun anası Mehriban xanım Əmrahova, şəhid mayor İlkin Əhədzadənin anası Asəmən xanım Əhədovanın, direktor müavini Şəhla Hüseynova və müəllimlərin çıxışları dinlənildi. Tədbirdə məktəbin 2023-2024 cü il məzunlarının ifasında musiqili çıxışlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi