PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

    Məktəbin Fəaliyyət Planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Tərlan xanım Bayramova, təlim - tərbiyə işləri üzrə direktor müavini Şəhla Hüseynova, təlim - tərbiyə işləri üzrə direktor müavini Kifayət Məmmədova, təşkilatçı Səadət Alışova və məktəbin pedaqoji heyəti iştirak etdilər.

   Məktəb Pedaqoji Şura  iclası məktəbin direktoru Tərlan Bayramovanın  çıxışı ilə başladı. O, pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda IX-XI siniflərin buraxılış imtahan nəticələri, Fənn aylığı çərçivəsində görülən işlər, fənn metodbirləşmə rəhbərlərinin hesabatları təhlil olundu. Daha sonra iclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 09.04.2024-cü il tarixli 3-29-59/2-1578/2024 nömrəli Əmrindən irəli gələn təlimatlar müzakirə olundu,  icrası ilə bağlı müvafiq tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi