18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

    "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş "Dəyərlərimizi qoruyaq!" adlı Tədbirlər Planına əsasən təşkilatçı Səadət Alışovanın rəhbərliyi ilə Qala muzeyinə ekskursiya təşkil olundu. Ekskursiyada tarix fənn müəllimləri: Sevda Adıgözəlova , Ramilə Allahverdiyeva , Bəhruz Əhmədov, V-VII-VIII sinif şagirdləri və valideyinlər iştirak etdilər. Ekskursiyanın təşkil olunmasında məqsəd Türk tarixinə səyahət edərək tarixi abidələrimizlə şagirdlərimizi tanış etmək, onları abidələrimizlə bağlı məlumatlandırmaqdır. Ekskursiya müddətində şagirdlər qala ərazisində yerləşən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi, Qala qəsri , Tullantılardan sənətə muzeyinə səyahət etdilər. Şagirdlər daha sonra ərazidə təşkil olunmuş açıq sərgidə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi