Novruz gəlir, yaz gəlir

 Məktəbimizin müəllimi Səkinə İbadovanın təşkilatçılığı ilə “Novruz gəlir, yaz gəlir” adlı bayram tədbiri keçirildi. Tədbir məktəb şagirdlərinin ifasında “Qarabağ” rəqsi ilə açıq elan olundu. Milli geyimdə olan şagirdlərimiz Novruz bayramına həsr olunmuş şeirlər söylədilər. Kosa, Keçəl və Bahar qız tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdilər. Məktəbin direktoru Tərlan Bayramova tədbirdə çıxış edərək  müəllimləri, valideyinləri, şagirdləri səmimi qəlbdən təbrik etdi, onlara xoş arzularını bildirdi.   Novruz şənliyi şən  musiqi sədaları altında başa çatdı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi