Məktəbdə Dahi Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mühazirə təşkil edildi

  Məktəbdə Dahi Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi" mövzusunda mühazirə təşkil edildi.  Azərbaycan Dövlət Himni ilə başlanan tədbir məktəbin direktoru Tərlan Bayramova tərəfindən açıq elan olundu. Mühazirəni məktəbin tarix fənn müəllimi Ramilə Allahverdiyeva təqdim etdi. Tədbirdə məktəbin istedadlı şagirdləri Ulu Öndərə həsr olunmuş rəqs və musiqi ifaları ilə çıxış etdilər. Təşkil olunmuş tədbirdə məktəb kollektivi ilə birlikdə Səbail rayon üzrə 14 məktəbin müəllim və şagird kollektivinin nümayəndələri də iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi