Məktəbimizdə Azərbaycan dili fənnindən açıq dərs keçirildi

Bu gün məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Səadət Alışova Azərbaycan dili fənnindən VIII A sinfində “Nar dənəsi “ mövzusunda açıq dərs təşkil etdi. Mövzu Qarabağ müharibəsi və Xocalı faciəsi ilə əlaqələndirildi. Dərsin motivasiya mərhələsində açar söz kimi istifadə edilən “Müharibə” sözünün mənası açıqlanaraq Qarabağ müharibəsinin təkcə insanlara deyil, tarixi-mədəni və maddi irsimizə, həmçinin təbiətimizə vurduğu zərbədən bəhs olundu. Müharibənin dəhşətlərindən bəhs edən kadrlar nümayiş etdirildi. Tarix və ədəbiyyat fənnlərinə inteqrasiya məqsədilə şagirdlərin bilik və bacarıqlarından istifadə olundu. Yekunda faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək, onların xatirəsinə həsr olunan guşə önündə şamlar yandırıldı.