Məktəbdə 27 sentyabr Anım Günü  tədbiri təşkil olundu

  Məktəbdə 27 sentyabr Anım Günü tədbiri təşkil olundu. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Tərlan Bayramova Zəfərə aparan bu yolun mahiyyəti haqqında çıxış edərək qazanılan qələbənin əhəmiyyətindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşən ordumuzun göstərdiyi qəhrəmanlıqlardan  söhbət açdı.Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri çxış edərək övlad itirməyin nə qədər ağrılı olmasına baxmayaraq torpaqlarımızın azad edilməsi uğrunda şəhadətə yüksələn qəhrəmanlarla fəxr etdiklərini söylədilər.  Daha sonra məktəb şagirdləri “Anım Günü”nə həsr olunmuş şeirlər söylədilər.  Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi