Şagirdlər Hərbi Qənimətlər Parkına ekskursiya etdilər

27 sentyabr Anım Günü Tədbirlər Planına əsasən təşkilatçı Səadət Alışova, hərbi rəhbər Əkrəm Mikayılov və sinif rəhbəri Sürəyya İsmayılovanın rəhbərliyi ilə şagirdlər Hərbi Qənimətlər Parkına ekskursiya etdilər. Hərbi rəhbər Əkrəm Mikayılov şagirdlərə 44 günlük Vətən müharibəsində qazanılan qələbə haqqında ətraflı məlumat verdi. Ekskursiya zamanı şagirdlər qəhrəman ordumuzun Vətən müharibəsi zamanı əldə etdiyi düşmənə məxsus hərbi vəsaitlərlə tanış oldular. Vətən müharibəsi iştirakçısı qazi İbrahim Eyvazlı ilə aparılan maraqlı söhbət məktəb şagirdlərinin böyük marağına səbəb oldu.