Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman

Məktəbdə qəhrəman məzun Vətən müharibəsinin iştirakçısı şəhid mayor İlkin Əhədzadənin anım tədbiri təşkil olundu.Tədbirdə məktəb direktoru Tərlan Bayramova və İlkin Əhədzadənin ailə üzvləri çıxış edərək Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İlkin Əhədzadə haqqında xatirələrini bölüşdülər. Daha sonra sinif müəllimi Gülnaz Əmiraslanovanın rəhbərliyi ilə İlkin Əhədzadənin adını daşıyan 2 "A" sinif şagirdlərinin çıxışları dinlənildi.