Şagirdlər Səbail rayon şəhidlərinin Anım abidəsini ziyarət etdilər

Məktəbdə " 27 sentyabr Anım Günü" Tədbirlər Planına əsasən "Şəhidini tanı" aksiyası keçirildi. Məktəb təşkilatçısı Səadət Alışova və məktəbin Həmkarı Aidə Kərimovanın rəhbərliyi ilə şagirdlər Səbail Şəhidləri "Anım abidəsi"ni ziyarət etdilər. Ziyarətin məqsədi şagirdlərimizə Vətən üçün canını qurban vermiş şəhidlərimizi tanıtmaq və onları yad etməkdir.