Son zəng–2023

  Məktəbdə 2022-2023-cü tədris ilinin "Son zəng" tədbiri təşkil edildi. Tədbirdə Səbail Rayon İcra Aparatının nümayəndəsi Gülnar Məmmədova, məktəb kollektivi, valideynlər iştirak etdilər. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra direktor Tərlan Bayramova öz çıxışında məzunları təbrik edərək təhsil aldıqları müddət ərzində məktəbin ictimai-sosial həyatında fəallıq göstərən şagirdləri Fəxri diplomla təltif etdi.Tədbirdə qonaq qismində iştirak edən Gülnar Məmmədova "Heydər Əliyev İli" məzunlarını təbrik etdi, onlara ən xoş arzularını bildirdi. Tədbir məzunların bir-birindən maraqlı kompozisiyalarının nümayişi və sonuncu zəngin sədaları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi