Nağıllar aləmindən gələn MELİSA

   Məktəbdə Fəaliyyət Planına əsasən təşkilatçı müavin Səadət Alışovanın təşəbbüsü , Ədəbiyyat müəllimi İlhamə Muradova, ibtidai sinif müəllimi Səkinə İbadova və məktəb kitabxanasının  dəstəyilə məktəb şagirdlərinin yazıçı ilə görüşü təşkil edildi. Görüşdə məktəb direktoru Tərlan Bayramova, Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Hüseynova, kitabxana müdiri Hafizə Abdullayeva, UBTR Tofiqə Məcidova ,psixoloq Nəzakət Babayeva,musiqi müəllimi Günay Bənnayeva və məktəbin 4 “A” ,5 “Ç”sinif şagirdləri iştirak etdilər. Məktəblilərin qonağı uşaq yazarı, yazıçılar  birliyinin üzvü, müxtəlif mövzuda hekayələrin, nağılların,nəğmələrin, tapmacaların, tərcümə əsərlərinin  müəllifi Sevinc Nuruqızı idi. Tədbirdə kiçikyaşlı məktəblilər  Sevinc xanıma bir-birindən maraqlı suallar ünvanladılar. Dördüncü sinif şagirdləri”Cekin fənəri” nağılını səhnələşdirdi, beşincilər isə müxtəlif şeirlər səsləndirdilər. Yazıçının “Arzular” şeirinə bəstələnmiş musiqisi məktəb xorunun ifasında  səsləndirildi.Sonda yazıçı tərəfindən verilən sualları cavablandıran qalib şagirdlər və tədbir iştirakçıları məktəb rəhbərliyi və Sevinc Nuruqızı tərəfindən hədiyyələrlə mükafatlandırıldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi