Anım Günü mövzusunda seminar

Məktəbdə Fəaliyyət Planına əsasən 27 sentyabr Anım Günü münasibətilə seminar təşkil olundu. Tarix müəllimi Sevda Adıgözəlova IX sinif şagirdləri ilə 44 Günlük Vətən müharibəsi haqqında söhbət apararaq zəfərə gedən yolun başlanğıcının 27 sentyabr olduğunu vurğuladı. Qarşılıqlı müzakirədən sonra şagirdlər mövzuya əsasən hazırlanmış video-çarx izlədilər, şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.