15 sentyabr- "Bilik Günü"

C. Əskərov adına 50 nömrəli tam orta ümumtəhsil məktəbdə 2025/2026-cı  tədris ili Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı və torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbiri məktəbin direktoru Vəfa Məmmədova açıq elan etdi."Bilik Günü"ndə iştirak edən müəllimləri, valideynləri,I sinifə ilk qədəmlərini qoyan məktəbliləri və bütün şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi,onlara uğurlar arzuladı. Sonra 2025-2026-cı tədris ilində qarşıya qoyulan məqsədlər, ümumtəhsil məktəblərində ilk dərsi “Konstitusiya və Suverenlik”mövzusuna həsr olunacağını çıxışında bildirdi. Daha sonra 
1-cilərin ifasında şeirlər səsləndi, ilk zəng çalındı. Tədbir BŞTİ-nin təlimatına əsasən məktəbin həyətyanı sahəsində, 08:00-08:45 aralığında keçirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi