Ümumi orta təhsil haqqında attestatlar təqdim olundu

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasının 5.1-ci bəndinə müvafiq olaraq 07.07.2025-ci il tarixində C.Əskərov adına 50 nömrəli tam orta ümumtəhsil məktəbin IX sinif şagirdlərinə ümumi orta təhsil haqqında attestatlar təqdim olundu. Öncə məktəbin direktoru Vəfa Məmmədova şagirdləri attestat almaq münasibəti ilə təbrik edərək, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzu edərək, attestatları şagirdlərə təqdim edib.