“Yaddaş kartları ilə oyun”
C.Əskərov adına 50 nömrəli tam orta məktəbin psixoloqu 3-cü sinif şagirdlərində diqqət bacarıqlarını gücləndirmək məqsədilə “Yaddaş kartları ilə oyun” adlı inkişafetdirici iş təşkil etdi. Əvvəlcə kartlar qarışdırılır, üzləri yerə baxacaq şəkildə yerləşdirilir. Uyğun cütlərin tapılması üçün şagirdlər 2 kartı çevirirlər. Uyğunluq olarsa əlavə 1 tur oynaya bilərlər, hər hansı bir uyğunsuzluq olarsa sıra növbəti oyunçuya keçir. Oyun bütün cütlər tapılanda bitir. Qazanan ən çox cütü tapan oyunçudur.