TƏLƏBƏ ADINI QAZANAN MƏZUNLARIMIZ MÜKAFATLANDIRILDI

04.10.2024-cü il tarixdə ənənəvi olaraq C.Əskərov adına 50 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ili üzrə ali məktəblərə qəbul olan məzunlarımızı məktəbimizin məzunu olmuş Bibiheybət qəsəbəsinin xeyriyyəçi iş adamı Xanlar Hüseynov tərəfindən təbrik edilməsi məqsədilə görüş təşkil edildi. Məktəbin direktoru Vəfa Məmmədova çıxış edərək görüşdə iştirak edən Xanlar Hüseynovu, məzunlarımızı, müəllimləri salamladı və Xanlar Hüseynova məktəbin şagird nailiyyətlərinə göstərdiyi diqqətə görə dərin minnətdarlığını bildirdi.Sonra mükafatlandırma mərasimi keçirildi.Qəbul imtahanında göstərdikləri nəticələrdən aslı olaraq məzunlarımız müxtəlif pul mükafatları ilə mükafatlandırıldılar. Xanlar Hüseynov məzunları təbrik edib, onlara xoş arzularını çatdırdı. Həmçinin növbəti ildə motivasiya olması üçün 10-11-ci sinif şagirdləri arasında da bu ənənənin davam edəcəyini bildirdi. Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi