5 OKTYABR-BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ

C.Əskərov adına 50 nömrəli tam orta məktəbdə kitabxana müdiri R.Südabənin rəhbərliyi ilə kitabxanada “Müəllimlər günü” ilə əlaqədar olaraq  ibtidai sinif şagirdləri ilə görüş təşkil edildi. Südabə müəllimə şagirdlərə məlumat verərək bildirdi ki, bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Ölkəmizdə müəllimlər gününün qeyd edilməsi  Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hər zaman Müəllim adına və peşəsinə yüksək qiymət vermiş, dəyərləndirmişdir. 
Sonda “Müəllimlər günü” ilə əlaqədar olaraq  ibtidai sinif şagirdlərinin ifasında şeirlər də dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi