Pedaqoji Şura İclası Keçirildi

C. Əskərov adına 50 nömrəli tam orta məktəbdə Fəaliyyət Planına əsasən Pedaqoji Şuranın yekun iclası keçirildi.Məktəbin direktoru Vəfa Məmmədova pedaqoji heyəti salamladı və gündəlikdə duran məsələləri diqqətə çatdırdı.  Direktor müavini Ema Bayramova öz hesabatında ibtidai siniflərdə və V-XI siniflərdə biliyi qiymətləndirilməyən, təlim prosesində yüksək nəticələri olan şagirdlər haqqında məlumat verdi. Təşkilatçı müavin Şəfəq İslamova II yarımil ərzində görülmüş təşkilati işlər barəsində, psixoloq Mətanət Piralıyeva II yarımil ərzində psixoloji işin təşkili haqqında hesabat verdi. Direktor Vəfa Məmmədova çıxış edərək 1) IX-XI sinif şagirdlərinin imtahan nəticələri haqqında, 2) 2023-2024-cü tədris ili şagird nailiyyətlərinin təhlili 3) Məktəbin son 3 ildə TKTA-nın çərçivə sənədinə əsasən şagird nəticələrinin keyfiyyət təhlili barədə məlumat verdi. Sonda növbəti tədris ilində qarşıda duran məsələlərlə bağlı fikirlər səsləndirildi və məktəb kollektivinə can sağlığı, xoş istirahətlər arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi