“Mənim yaşıl dünyam”

Təbiətə qarşı biganə münasibət dünyanın qlobal probleminə çevrilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdi. Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən II və IV siniflər arasında laborant Şəbiyeva Bəsirənin rəhbərliyi ilə “Mənim yaşıl dünyam” adlı paint proqramında rənglərin müxtəlif çalarlarından istifadə etməklə şəkilçəkmə müsabiqəsi keçirildi. Məqsəd şagirdlərdə görmə,duyma və rəng seçimini inkişaf etdirmək idi. Yarışın qalibləri görkəmli yazarlarımızın əsərləri ilə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi